İş Sağlamlığı və Təhlükəsizliyi Siyasəti

SGC AZERBAIJAN işçilərinin və tərəfdaşlarının sağlamlığı və təhlükəsizliyi üçün heç bir güzəştə getmir. Təhlükəsizlik siyasətimiz:

• ISO 45001 standartlarına əsaslanaraq, bütün iş mühitlərində potensial risklərin idarə edilməsinə yönəlib.

• Təhlükəsizlik tədbirlərini işə başlamazdan əvvəl və proses boyunca ardıcıl olaraq həyata keçirmək.

• Hər bir işçi üçün təhlükəsizlik təlimləri təşkil etmək və fərdi mühafizə vasitələrinin istifadəsini təmin etmək.

• Qəza və ya fövqəladə hallarda operativ reaksiya vermək üçün fövqəladə vəziyyət planlarını tətbiq etməkdir.

Biz inanırıq ki, hər iş yerində sıfır qəza mümkün bir hədəfdir.